İş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak edən müəllimlərin nəzərinə!

Tarix: 23.01.2024
Paylaş:

 

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Qeyd edək ki, 26 yanvar tarixində təşkil olunacaq prosesin sənəd yoxlanışı mərhələsinə 112 nəfər müəllim dəvət olunub.

İş yerini qarşılıqlı olaraq dəyişmək imkanı qazanan müəllimlərə uğurlar arzulayırıq!