Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

Tarix: 24.01.2024
Paylaş:

 

2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin II sinif Həyat bilgisi, V sinif Azərbaycan dili (tədris dövlət dili), riyaziyyat, ingilis dili, VI sinif coğrafiya, VII sinif fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə təkmilləşdirilən və ya yeni hazırlanan dərsliklərə ictimai rəyin öyrənilməsinə başlanılıb.

Dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib.

Qeyd edək ki, yaxın müddətdə bütün layihələr əlavə ediləcək.

Saytın qeyd edilən bölməsində yerləşdirilən dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, rəy, irad və təklifləri xüsusi ayrılan sahədə yazmaq, həmçinin derslik@edu.gov.az elektron poçt ünvanına göndərmək mümkündür.

Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumları və ictimai birlik nümayəndələrini, eləcə də bütün maraqlı tərəfləri müzakirəyə çıxarılan dərslik layihələri üzrə rəy, irad və təkliflərini bildirməyə dəvət edir.