ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin seminarı baş tutub

Tarix: 29.01.2024
Paylaş:

26 yanvar tarixində ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin seminarı baş tutub.

Giriş sözü ilə seminarı institutun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov açıq elan edib.

Sonra institutun böyük elmi məsləhətçisi, pedaqogika elmləri doktoru, professor Vidadi Xəlilov “Tədqiqatın aparılması zamanı mövcud elmi ədəbiyyatdan, arxiv sənədlərdən səmərəli istifadə” mövzusunda məruzə ilə çıxış edib.

V. Xəlilov elmi-tədqiqat mövzusu ilə əlaqədar kataloqdan və informasiya axtarış sistemlərindən istifadə etməklə ədəbiyyatın toplanması, sistemləşdirilməsi, onlardan istifadə barədə praktik nümunələr əsasında məruzə edib və elmi-tədqiqatda akademik dürüstlüyün vacib şərt olduğunu xüsusi olaraq vurğulayıb.

Daha sonra Vidadi Xəlilov Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 25 dekabr 2013-cü il tarixli, Q-04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə” İnzibati Reqlament sənədindən, onun tələblərindən, elmi-tədqiqatda arxiv sənədlərinin istifadəsindən bəhs edib.

Seminarda 2023-cü ildə ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar və Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşları iştirak edib.

Yekunda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.