Mərkəzi imtahanla qəbulu həyata keçirilən bir sıra lisey və gimnaziyaların işçi heyəti ilə görüş keçirilib

Tarix: 29.01.2024
Paylaş:

27 yanvar tarixində Bakı şəhərində yerləşən 6 nömrəli məktəb-liseydə Mərkəzi imtahanla qəbulu həyata keçirilən bir sıra lisey və gimnaziyaların işçi heyəti ilə görüş keçirilib.

“Lisey və gimnaziyalarda çalışan işçi heyətinin peşəkar inkişafının artırılması” adlı təlimdə qrup rəhbərləri və psixoloqlar iştirak edib. Tədbirdə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev tədbir iştirakçılarını salamlayaraq Lisey və gimnaziyalarda idarəetmənin əsaslarından bəhs edib. Daha sonra qruplara bölünən tədbir iştirakçılarına interaktiv təlimlər və praktiki məşğələlər keçirilib. Psixoloq Nərmin Osmanlı iştirakçılara təlim prosesi, öyrənmədə fərdi fərqlər, istedadlı şagirdlər və konstruktiv yanaşma kimi mövzulardan bəhs edib.

Sonda Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov mərkəzləşdirilmiş imtahanlar vasitəsilə qəbulun vacibliyini vurğulayaraq işçi heyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimin məqsədi işçi heyətinin rolunun qiymətləndirilməsi, eyni zamanda bu prosesin keyfiyyətinin daim inkişaf etdirilməsi üçün dəstək verməkdir.