“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən edildi!

Tarix: 29.01.2024
Paylaş:

 

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib.

Qiymətləndirmə “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb. Müsabiqə çərçivəsində Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunan layihələr artıq seçilib.

Qeyd edək ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin – sərginin yeri və tarixi haqqında yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Seçilən layihələrin siyahısı ilə müvafiq keçidə daxil olaraq tanış ola bilərsiniz:

Seçilən layihələrin siyahısı

Sərgiyə seçilən şagirdləri təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq!