Təhsil İnstitutu Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssis vəzifəsinə vakansiya elan edir!

Tarix: 31.01.2024
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Layihələrin idarə olunması şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

ARTİ-nin Layihələrin idarə olunması şöbəsi xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıq çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq bu istiqamətdə layihə təklifləri verir və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarəti, eləcə də şöbənin fəaliyyətinə uyğun olaraq digər funksiyaları həyata keçirir.

Vəzifə öhdəlikləri:

• Layihə təkliflərinin hazırlanması və həyata keçirilməsi;
• Layihələr çərçivəsində görülən tədbirlərin müvafiq yerli və beynəlxalq qurumlar, eləcə də digər struktur bölmələr ilə koordinasiya edilməsi;
• Layihələrin icrasına nəzarət və idarəetməsinin təmin edilməsinə dəstək göstərilməsi;
• Layihələr üzrə məlumatların təhlili və hesabatların tərtibi;
• Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək;
• Təhsil tədqiqatlarının aparılması;
• Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Tələblər:

• Ali təhsil;
• Təhsil, sosial və ya biznes sahələrində müxtəlif miqyaslı və əhəmiyyətli layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi;
• Təhsil sahəsi üzrə biliklər;
• Analitik və tənqidi düşünmə bacarığı;
• Rəqəmsal bacarıqlar;
• Müstəqil tədqiqat bacarıqları;
• Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• İngilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (IELTS, TOEFL və ya digər beynəlxalq dil sertifikatı arzuolunandır);
• Rus dili arzuolunandır;
• Komanda ilə iş bacarığı;
• Yeniliyə və peşəkar inkişafa açıqlıq;
• Təhsil sahəsində işləmək həvəsi.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 15.02.2024-cü il tarixinədək CV-lərini və ingilis dilində yazılmış maraq və motivasiyalarını ifadə edən müşayiət məktubları sevinc.aliyeva@arti.edu.az elektron poçt ünvanına “Ad Soyad Baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yalnız müvafiq tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.