Beynəlxalq İnformatika Olimpiadalarına hazırlaşan şagirdlərin qış məktəbi təşkil edilib

Tarix: 01.02.2024
Paylaş:

27-31 yanvar tarixlərində Bakı Avropa Liseyində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin qış məktəbi təşkil edilib. Kampın keçirilməsində məqsəd şagirdlərin məsələ həlletmə bacarıqlarının artırılması, müvafiq mövzu və biliklərin dərinləşdirilməsi, eləcə də şagirdlər arasında qarşılıqlı ünsiyyətin gücləndirilməsi və birgə öyrənmə mühitinin inkişaf etdirilməsidir.

2017-ci ildən etibarən “Azercell Telekom”-un Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Təhsil İnstitutu tərəfindən məktəblilərimiz beynəlxalq informatika fənni üzrə yarışlara hazırlıq prosesi icra edilir. Ölkəmizi müxtəlif miqyaslı beynəlxalq elm müsabiqələrində uğurla təmsil edən olimpiadaçılarımız 3 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 58 medal əldə ediblər.