İnformatika fənni üzrə RFO-nun yarımfinalında iştirak edən şagirdlər üçün sınaq imtahanı keçiriləcək

Tarix: 02.02.2024
Paylaş:

 

 

RFO-nun yarımfinalında iştirak edən şagirdlər üçün informatika fənni üzrə sınaq imtahanı keçiriləcək.

Sınaq turunun https://www.contest.az/– da aktiv müddəti 4 fevral 10:00 – 5 fevral 21:00-a qədər davam edəcək. Keçid linkləri aşağıdakılardır:

8-9-cu sinif şagirdləri üçün: https://www.contest.az/rio_2024_semifinal_practice_8_9

10-11-ci sinif şagirdləri üçün: https://www.contest.az/rio_2024_semifinal_practice_10_11

Login və parollar şagirdlərin rayon (şəhər) mərhələsində istifadə etdikləri iştifadəçi adı və şifrələrlə eynidir. Sınaq imtahanı yalnız yarımfinal turda iştirak hüququ qazanan məktəblilər üçün nəzərdə tutulub. İştirakçılar login şifrələrini portal.edu.az saytına daxil olmaqla olimpiada və müsabiqələr bölməsindən əldə edə bilərlər.

Sınaq rejimində olan yarışın nəticələri heç bir halda əsas yarışa təsir etmir və şagirdlərə əlavə təcrübə qazanmasına köməklik göstərmək məqsədi daşıyır.

Bütün iştirakçılara uğurlar arzu edirik!