Riyaziyyat fənni üzrə “Ədədlər və əməllər” mövzusunda vebinar baş tutacaq.

Tarix: 05.02.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 8 fevral tarixində saat 17:00-da riyaziyyat fənni üzrə “Ədədlər və əməllər” mövzusunda vebinar baş tutacaq.

Vebinarda spiker qismində Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin riyaziyyat müəllimi Nigar Əliyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.