AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində müxtəlif imtahanlar üçün tapşırıqların hazırlanması metodikası ilə bağlı müəllimlərlə ilk təlim görüşü baş tutub

Tarix: 09.02.2024
Paylaş:

Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində müxtəlif imtahanlar üçün tapşırıqların hazırlanması metodikası ilə bağlı müəllimlərlə ilk təlim görüşü baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd iştirakçıları tapşırıq hazırlamaq xüsusiyyətləri ilə bağlı imtahan nəzəriyyəsi, müxtəlif imtahan çərçivələri ilə tanış etmək eləcə də müvafiq imtahanlara uyğun suallar hazırlamaqdan ibarət olub. Təlim boyunca iştirakçılar imtahan hazırlanması prosesi sahəsində beynəlxalq təcrübə ilə yaxından tanış olaraq sualların hazırlanması üzrə təcrübə əldə ediblər. Yeni yaradılan bu altişçi qrupuna 36 nəfər cəlb olunub.