Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 13 fevral tarixində saat 16:00-da metodika və pedaqogika üzrə “İdrak taksonomiyası üzrə tapşırıqların hazırlanması” mövzusunda növbəti vebinar baş tutacaq.
Vebinarda spiker qismində ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi Aynur Rüstəmova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.