İnformatika fənni üzrə RFO-nun yarımfinalında iştirak edən şagirdlər üçün ötən tədris ilinin sualları əsasında növbəti sınaq imtahanı keçiriləcək.
Sınaq müsabiqəsi https://codeany.org linkində 10 fevral 2024-cü il tarixi saat 10:00-dan etibarən 48 saat ərzində aktiv olacaq. Müsabiqə əvvəlki tədris ilinin yarımfinal turunun sualları əsasında təşkil edilir.
Sınaq mərhələsində iştirak etmək üçün müvafiq keçidə daxil ola bilərsiniz:
VIII, IX sinif şagirdləri üçün: https://codeany.org/az/competition/67
X, XI sinif şagirdləri üçün: https://codeany.org/az/competition/68
Sınaq imtahanında qeydiyyat və iştirak qaydaları haqqında məlumatı aşağıdakı keçidə daxil olaraq əldə edə bilərsiniz: https://codeany.org/az/news/rfo2022-2023-semifinals-trial
Qeyd edək ki, sınaq imtahanı yarımfinal turda iştirak hüququ qazanan məktəblilər üçün nəzərdə tutulsa da hər kəs iştirak edə bilər.
Sınaq rejimində olan yarışın nəticələri heç bir halda əsas yarışa təsir etmir və şagirdlərin əlavə təcrübə qazanmasına köməklik göstərmək məqsədi daşıyır.
Bütün iştirakçılara uğurlar arzu edirik!