Fevralın 9-da Avropa İttifaqının dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən xarici ekspertlər Bakı Avropa liseyi STEAM Mərkəzini ziyarət etdilər.
Qonaqlar STEAM Mərkəzində yaradılan şəraitlə, görülən işlərlə ilə yaxından tanış oldular.
Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiarı olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi 2023-cü ilin 24 fevral tarixindən etibarən həyata keçirilir.