PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıqlar davam edir

Tarix: 13.02.2024
Paylaş:

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təşkil edilən PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıqlar çərçivəsində beynəlxalq mərkəz tərəfindən 11-16 fevral tarixlərini əhatə edəcək milli layihə koordinatorlarının ikinci görüşü keçirilir.

Qeyd edək ki, Azərbaycan PIRLS (Progress in International Reading Literacy Study) – Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat üzrə ilk dəfə olaraq 2026-cı ildə rəqəmsal əsaslı qiymətləndirmədə iştirak edəcək.

Təhsil İnstitutunun milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müvafiq tədqiqat üzrə koordinatorunun iştirak etdiyi görüşdə PIRLS 2026 üzrə icra edilmiş və ediləcək fəaliyyətlər, sorğu və oxuma bacarığını ölçən qiymətləndirmə vasitələrinin hazırlanması, müvafiq istiqamətlər üzrə çərçivə sənədlərinin yenilənməsi, rəqəmsal əsaslı qiymətləndirmənin keçirilməsi və sualların hazırlanması ilə bağlı müzakirələr və qrup işləri təşkil edilir.