ARTİ-nin funksional və təşkilati təhlilini dəstəkləmək məqsədilə görüşlər baş tutub

Tarix: 14.02.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində ARTİ-nin funksional və təşkilati təhlilinin aparılması üzrə bir sıra fəaliyyətlər həyata keçirilib. Belə ki, əməkdaşlar və rəhbər heyət arasında keçirilən sorğuların nəticələrinin müzakirəsi üçün cari ilin 1 fevral tarixində fokus qrup, 10 fevral tarixində isə rəhbər heyət arasında müzakirə görüşü baş tutub.

Görüşlərin keçirilməsində əsas məqsəd funksional və təşkilati təhlil üçün aparılan sorğu nəticələrinin təqdim edilməsi, nəticələrin daha dərindən araşdırılması üçün müzakirələrin təşkil olunması, rəylərin toplanması və ARTİ-nin GZİT (“SWOT”) təhlilini aparmaqdan ibarət olub. Görüşlər boyunca layihənin əsas eksperti Boris Curkoviç layihə barədə, xüsusilə ARTİ-nin funksional təşkilati təhlili barədə ətraflı məlumat verib. Layihənin ekspertləri Gülzar Quliyeva və Mehparə Əhmədova isə sorğuların nəticələrini təqdim etdikdən sonra nəticələrin qruplarla müzakirəsi aparılıb.