““Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun 6-cı təlim görüşləri baş tutub

Tarix: 19.02.2024
Paylaş:

14-15 fevral 2024-cü il tarixlərində Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun 6-cı təlim görüşləri baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd iştirakçılara keyfiyyətli data vizuallaşdırılmasının prinsiplərini və effektiv vizuallaşdırmanın yaradılması yollarından bəhs etmək, data vizuallaşdırılmasının müxtəlif növləri və data dəstlərindən (data sets) düzgün olanının seçilməsi qaydalarını öyrətmək, peşəkar şəkildə vizuallaşdırma etmək üçün onları müvafiq alətlər və proqram təminatından istifadə qaydaları ilə tanış etməkdən ibarət olub.

Təlim layihənin baş eksperti Srdcan Verbiç tərəfindən aparılıb. Təlim boyunca iştirakçılar data vizuallaşdırılması üzrə ilkin təcrübələr əldə ediblər. Qeyd edək ki, sözügedən təlimlərə 25 iştirakçı cəlb edilib.