“Cəbr və funksiyalar məzmun xətti üzrə bəzi mövzuların izahı və tapşırıq nümunələri” mövzusunda vebinar baş tutacaq

Tarix: 20.02.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 22 fevral tarixində saat 16:00-da “Cəbr və funksiyalar məzmun xətti üzrə bəzi mövzuların izahı və tapşırıq nümunələri” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində Nəsimi rayon 14 saylı tam orta məktəbin riyaziyyat müəllimi, riyaziyyat metodbirləşməsinin sədri Fəxriyyə İbrahimova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.