RFO-nun informatika fənni üzrə respublika mərhələsinin final turunun iştirakçıları məlum oldu

Tarix: 20.02.2024
Paylaş:

 

 

 

17, 18 fevral 2024-cü il tarixlərində RFO-nun informatika fənni üzrə yarımfinal turu keçirilib. Ümumilikdə 1289 nəfər şagird olimpiadada iştirak edib.

İnformatika fənni üzrə yarımfinal turu Bakı şəhərində ADA Universiteti, Bakı Ali Neft Məktəbi (Bayıl korpusu), Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter laboratoriyalarında və Naxçıvan Muxtar Respublikasında Naxçıvan STEAM mərkəzində keçirilib. Nəticələrə əsasən hər iki yaş qrupu üzrə ilk 60 yer və 60-cı yerlə eyni balı toplayan iştirakçılar final turuna vəsiqə qazanıblar.

Qeyd edək ki, müvafiq keçiddə respublika mərhələsinin final turunda iştirak edəcək şagirdlərin adı xüsusi rənglə qeyd edilib.

İnformatika fənni üzrə yarimfinal turunun nəticələri

RFO “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.

Olimpiadada iştirak edən bütün şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!