Təhsil İnstitutu “qeydiyyatçı (resepşn)” vəzifəsinə vakansiya elan edir!
Təhsil İnstitutu “qeydiyyatçı” (resepşn) vəzifəsinə vakansiya elan edir!
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Azərbaycan dili (şifahi və yazılı) yüksək, İngilis və rus dilləri ünsiyyət səviyyəsində;
- “MS Office” proqramlarında sərbəst işləmək bacarığı;
- Səlis danışıq və ünsiyyət qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və stresə davamlı;
- Səliqəli, punktual, xoş görünüşlü, kollektivdə işləmə bacarığı;
- 25-35 yaş arası namizəd.
Vəzifə öhdəlikləri:
- Telefon zənglərinin cavablandırılması, qeydiyyata alınması və müvafiq şöbələrə yönəldilməsi;
- ARTİ-yə daxil olan və digər təşkilatlara göndərilən sənədlərin qeydiyyata alınması. Sənədlərin poçt vasitəsilə müvafiq ünvanlara göndərilməsi;
- Vətəndaş müraciətlərinin qəbulu və qeydiyyata alınması;
- Vətəndaş qəbulu üzrə qeydiyyat işlərinin aparılması;
- Kargüzarlıq işlərinin aparılması.
İş qrafiki:
- I-V günlər 09:00-18:00 arası;
- Nahar fasiləsi: 13:00-14:00 arası;
- İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.
İş yeri:
Bakı şəhəri, Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 29.02.2024-cü il tarixinədək CV-lərini leyla.imanova@arti.edu.az elektron ünvanına “Qeydiyyatçı” başlığı altında göndərmələri xahiş olunur.
Yuxarıda sadalanmış tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.