58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək komanda üzvləri müəyyən olunub

Tarix: 27.02.2024
Paylaş:

17 fevral 2024-cü il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub. Seçmə imtahanı nəticəsində olimpiadada ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub.

Belə ki, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Rizvan Əsədov və XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 4 nəfər şagird ölkəmizi təmsil edəcək.

Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir.

Şagirdlərimizə olimpiadada uğurlar arzu edirik!