VEX Robotics Azərbaycan turniri keçirilib

Tarix: 28.02.2024
Paylaş:

 

Ginnesin rekordlar kitabına düşən, dünyanın ən böyük robototexnika yarışması olan “VEX Robotics”  23-24 fevral 2024-cü il tarixlərində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilib.

Turnirdə ölkənin müxtəlif regionlarından olan 35 komanda iştirak edib, onlardan 14-ü VEX V5 kateqoriyası (14-17 yaş qrupu), 24-ü isə VEX IQ (10-15 yaş qrupu) kateqoriyası üzrə yarışıb.

VEX V5 kateqoriyası üzrə nəticələr:
Death Squad    komandası – Bakı ş. (1-ci yer)
Engineers komandası – Bərdə STEAM Mərkəzi (1-ci yer)
EMERALD komandası – Mingəçevir STEAM Mərkəzi (2-ci yer)
UNIMATE TECH komandası – Sabirabad STEAM Mərkəzi (2-ci yer)

VEX IQ kateqoriyası üzrə nəticələr:
VEX Raptor (1918E) komandası – Bakı ş. (1-ci yer)
BORN TO WIN komandası – Mingəçevir STEAM Mərkəzi (1-ci yer)
Develop  komandası –     Gəncə STEAM Mərkəzi (2-ci yer)
Vex Mechatronics Fight (VMF) komandası – Saray STEAM Mərkəzi (2-ci yer)
BakuRob komandası – Bakı ş. (3-cü yer)
Ağdamlı mühəndislər    komandası – Bərdə STEAM Mərkəzi (3-cü yer)


Qeyd edək ki, VEX robototexnika modulu şagirdlərin proqramlaşdırma, mühəndislik bilikləri ilə yanaşı, onların 21-ci əsrin bacarıqlarını olan komanda işi, əməkdaşlıq, kreativlik, tənqidi düşüncə və s. bacarıqlarını formalaşdırır.