23-29 fevral tarixlərində Təhsil İnstitutu (ARTİ) tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri üçün “Peşə seçiminin əhəmiyyəti” mövzusunda təlim keçirilib.
Təlim MİP reallaşdırılan 38, 75, 154, 159, 162 və 238 nömrəli məktəblərin 8 və 9-cu sinif şagirdləri üçün təşkil olunub. Təlimin məqsədi şagirdləri peşə təhsili barədə maarifləndirmək, onları düzgün peşə seçiminə təşviq etmək və peşə seçimində karyera qurmalarına dəstək olmaqdır.
Təlim peşə təhsilinin insan həyatında rolu, peşə seçiminə təsir edən amillər, düzgün peşə seçimində diqqət ediləcək əsas məqamlar, əmək bazarı və karyera, peşələrin tədris olunduğu müəssisələr üzrə mövzuları əhatə edib. Təlim prosesində şagirdlərlə interaktiv müzakirələr aparılıb, qrup fəaliyyətləri həyata keçirilib, oyunlar təşkil olunub. Bununla yanaşı, şagirdlərə bu istiqamətdə videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, təlim ARTİ-nin Əlaqələndirmə və Peşə və ömürboyu təhsil şöbələrinin əməkdaşlığı ilə təşkil olunub.