Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək

Tarix: 02.03.2024
Paylaş:



7 aprel tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.

Qeydiyyat 11 mart tarixindən etibarən başlayır.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkədə yüz minlərlə şagirdin iştirakı ilə təşkil olunur. Uzun illərdir ki, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlama imkan yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.

Müsabiqə:

• 2 mərhələdən ibarət olacaq;
• Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10% şagirdə diplom təqdim ediləcək;
• Birinci mərhələdə ən yaxşı nəticə göstərmiş 5% şagird final mərhələsinə vəsiqə qazanacaq;
• Finalçılardan hər sinif üzrə 18 nəfər ( 3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) şagird qalib elan ediləcək;
• Qaliblər hədiyyə və medallarla təltif olunacaq, eləcə də, “Kenquru” kampında iştirak hüququ qazanacaqlar. İştirakçıların hər birinə isə iştirakçı sertifikatı veriləcəkdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin hazırladıqları tapşırıqlar vasitəsi ilə şagirdlərin yaşlarına uyğun riyaziyyat billiklərinin yoxlanılmasına imkan yaratmaqdan ibarətdir.