Yevlax şəhərində fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri keçirilib

Tarix: 06.03.2024
Paylaş:

4-5 mart 2024-cü il tarixlərində “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsinə bağlı ümumi təhsil müəssisələrində işləyən müəllimlərlə Yevlax şəhərində görüşlər keçirilib.

Tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 700-dən çox müəllim müxtəlif fənlər üzrə təşkil olunan sessiyalarda iştirak edib.

Tədbirdə təhsilverənlər təkmilləşdirmədə nəzərə alınan əsas məsələlər haqqında məlumat alıb, mütəxəssislər tərəfindən müvafiq fənn üzrə yenilənən kurikulum sənədləri ilə tanış olublar. Həmçinin, mütəxəssislər müəllimləri maraqlandıran sualları cavablandırıb. Yekunda tədbir iştirakçıları təkmilləşdirilən Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, həyat bilgisi və yeni yazılan təbiət fənn kurikulumları haqqında müsbət rəy bildirib və müvafiq fənlərin tədrisində müsbət fərq yaradacağına dair fikirlər səsləndirib.