“MİQ və Sertifikasiya imtahanlarında oxuyub anlama səriştəsinin ölçülməsi” mövzusunda növbəti vebinar baş tutacaq

Tarix: 07.03.2024
Paylaş:

 

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 11 mart tarixində saat 16:00-da “MİQ və Sertifikasiya imtahanlarında oxuyub anlama səriştəsinin ölçülməsi” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində Binəqədi rayon 135 №-li tam orta məktəbin direktoru, Bakı Fransız İnstitutu DELF DALF səviyyə imtahanları və Fransız dili dərsliklərinin yoxlanması üzrə mütəxəssis Şəfa Qurbanova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.