Məktəbin İnkişaf Planının reallaşdırılması çərçivəsində 51 və 38 nömrəli tam orta məktəblərdə dərsdinləmələr təşkil edilib

Tarix: 12.03.2024
Paylaş:

7 – 12 mart tarixlərində Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində 51 və 38 nömrəli tam orta məktəblərdə dərsdinləmələr təşkil edilib.

MİP-in mövcud məqsəd və hədəfləri üzrə həyata keçirilən fəaliyyətlərin ölçülməsi istiqamətində təşkil edilən dərsdinləmələrdə əsasən ibtidai sinif, Azərbaycan dili, riyaziyyat və ingilis dili müəllimlərinin dərsləri dinlənilib. Dərs prosesi metodika və pedaqogika üzrə müəyyən edilmiş meyarlara əsasən dəyərləndirilib. Sonra müəllimlərə fərdi rəy verilib, dəyirmi masa ətrafında onlarla müzakirə aparılıb.

Müzakirə prosesində ARTİ MDPİM-in əməkdaşları, məktəbin idarəetmə və pedaqoji heyəti iştirak ediblər. Müzakirələrdə müəllimlərə metodika və pedaqogika üzrə tövsiyələr verilib, eləcə də MİP-in reallaşdırılmasının icra mexanizmi bir daha müəllimlərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, MİP-in reallaşdırılması çərçivəsində təşkil edilən dərsdinləmələr mütəmadi olaraq həyata keçirilir.