12 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda təhsil alan doktorant və dissertantlar üçün ixtisas fənlərindən doktorluq imtahanlarının yaz sessiyası keçirilib.
Psixologiyanın əsasları, Pedaqogikanın əsasları, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Fizikanın tədrisi metodikası) və Korreksion pedaqogika ixtisaslarından keçirilən imtahanlar ARTİ-nin direktoru Elnur Əliyevin sədrlik etdiyi müvafiq komissiyalarda təşkil edilib.