“Mürəkkəb cümlələr (tabeli-tabesiz), sintaktik cəhətdən onlar arasındakı quruluş fərqlilikləri” mövzusunda növbəti vebinar baş tutacaq

Tarix: 14.03.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 18 mart tarixində saat 16:00-da “Mürəkkəb cümlələr (tabeli-tabesiz), sintaktik cəhətdən onlar arasındakı quruluş fərqlilikləri” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin ingilis dili müəllimi Ülviyyə Səfərova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.