“Tədris prosesində müşahidə və əks-əlaqənin rolu” mövzusunda növbəti vebinar baş tutacaq

Tarix: 15.03.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 19 mart tarixində saat 15:00-da “Tədris prosesində müşahidə və əks-əlaqənin rolu” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi Aynur Rüstəmova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.