Təhsil İnstitutu tərəfindən “Refleksiv müəllim” seminarı keçirilib

Tarix: 15.03.2024
Paylaş:

Martın 13-də İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbdə “Refleksiv müəllim” seminarı keçirilib.

Azərbaycan dili fənni üzrə təşkil olunan seminarda məktəbin müəllimi Xuraman Fərzəliyeva icmal təqdim edib. Dərsin mövzusu isə V sinif “Azərbaycan dili” dərsliyində olan “Bilirdim ki, gələcəksən” mətni olub.

Seminar zamanı məqsəd və qiymətləndirmə meyarlarının standarta əsasən müəyyən olunması, qrup işinin mahiyyəti və dərsin məqsədlərinə müvafiqliyi, qrup işinin qiymətləndirilməsi, iş üsulları, dərsdə istifadə olunan resurslar, tapşırıqların təlim nəticəsinə uyğunluğu, metodların seçimi məsələləri müzakirə edilib.

Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Qeyd edək ki, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar mütəmadi olaraq davam etdirilir.