İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin növbəti sınaq imtahanı keçirilib

Tarix: 18.03.2024
Paylaş:

İmtahan Azərbaycan Dövlət Neft və Sənaye universitetinin Azərbaycan-Fransız Universiteti proqramı çərçivəsində fəaliyyət göstərən laboratoriyalarında və Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçirilib. Sınaq imtahanının keçirilməsində məqsəd şagirdlərin müvafiq istiqamət üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi və onlara real olimpiada təcrübəsinin təqdim edilməsindən ibarətdir. Sınaq imtahanına sentyabr ayında RFO finalçıları arasında keçirilmiş imtahanda uğurlu nəticə göstərən şagirdlər dəvət olunub.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.