Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edildi

Tarix: 19.03.2024
Paylaş:

 

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edildi!

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü (27, 28, 29 mart) ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

V sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsində 21474 şagird iştirak edib, onlardan 2451 şagird yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

VI və VII sinif şagirdlərinin iştirak etdiyi Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində isə 6 müxtəlif fənn üzrə 43110 şagird iştirak edib, onlardan 8799 şagird yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu 5 may 2024-cü il tarixində keçiriləcək.