TIMSS 2023 tədqiqatı ilə bağlı milli tədqiqat koordinatorlarının 7-ci görüşü keçirilir

Tarix: 19.03.2024
Paylaş:

 

Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təşkil edilən TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatı çərçivəsində beynəlxalq mərkəz tərəfindən bu həftə (17-22 mart) milli tədqiqat koordinatorlarının yeddinci görüşü keçirilir.

Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri Şirin Məmmədovun iştirak etdiyi görüşdə TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə əldə edilmiş məlumatların təhlili, seçmə prosesi daxilində iştirak etmiş şagirdlərin və digər iştirakçıların say göstəriciləri, nailiyyətin ölçülməsi və sorğu nəticələrinin dəyərləndirilməsi prosesi və son olaraq nəticələrin hesabat daxilində paylaşılması ilə bağlı müzakirələr keçirilir.

Qeyd edək ki, Azərbaycan TIMSS 2023 (The Trends in International Mathematics and Science Study) – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramında 15682 təhsilalan, 2203 təhsilverən və 6305 valideyn ilə iştirak edib. Ölkə üzrə iştirak etmiş məktəblərin 258-də kompüterəsaslı, 50-də isə kağızəsaslı imtahan keçirilib.