İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün “Novruz kamp”ı təşkil edilib

Tarix: 27.03.2024
Paylaş:

23-26 mart 2024-cü il tarixlərində Şəmkir şəhər, Kimya-biologiya təmayüllü liseydə informatika fənnindən beynəlxalq olimpiadalara intensiv hazırlıq məşğələləri təşkil edilib. Kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub və oradakı tapşırıqların izahı olunan sessiyalarda iştirak ediblər.

Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin əvvəlki illərdə ölkəmizi müxtəlif müsabiqələrdə uğurla təmsil edən məzunların iştirakı ilə təşkil edilib.

Qeyd edək ki, informatika fənni üzrə olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Bütün iştirakçılara uğurlar arzulayırıq !