“Cəbr və funksiyalar məzmun xətti üzrə bəzi mövzulara aid izahlar və tapşırıq nümunələri” mövzusunda vebinar baş tutacaq

Tarix: 28.03.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 1 aprel tarixində saat 16:00-da “Cəbr və funksiyalar məzmun xətti üzrə bəzi mövzulara aid izahlar və tapşırıq nümunələri” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində 142 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aygün Əzimova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.