29 mart 2024-cü il tarixində Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin cari il üçün nəzərdə tutulan doktorant və dissertantlar üçün təşkil olunmuş növbəti seminarı keçirilib.
Seminarı açılış sözü ilə Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri professor Hümeyir Əhmədov açıb.
Daha sonra professor İntiqam Cəbrayılov “Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. İ.Cəbrayılov tədqiqat anlayışının mahiyyəti, müasir dövrdə elmi-tədqiqatlara verilən tələblər, dissertasiyanın strukturu, məzmunu və tədqiqat metodları barədə doktorantlara geniş məlumat verib.
Seminarın sonunda doktorantları maraqlandıran suallar ətraflı cavablandırılıb.