Türkmənistan respublikasının Arxadağ şəhərində Şərqin böyük mütəfəkkiri və şairi Məhtumqulu Fəraqinin 300 illiyinə həsr olunmuş riyaziyyat olimpiadası keçirilib.
Olimpiadada 13 ölkədən olan 134 nəfər məktəbli iştirak edib.
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi də iştirakçılar sırasında olub.
Onlardan 8-ci sinif şagirdi Elvira Quliyeva və 7-ci sinif şagirdi olan Sübhan Muxtarlı olimpiadada bürünc medal əldə edib.
Qeyd edək ki, Sübhan Muxtarlı olimpiadanın ən gənc iştirakçısı və ən gənc medalçısı olub.