ARTİ tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

Tarix: 02.04.2024
Paylaş:

Bildiyiniz kimi, 2024-cü ilin fevral ayından etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Regional Təhsil İdarələrinin tabeliyində olan 45 ümumi təhsil müəssisəsində metodik xidmətin fəaliyyətinə başlanılıb.

Təhsil İnstitutu metodik xidmət göstərən metodistlərə dəstək göstərmək məqsədilə mütəmadi olaraq onlarla onlayn və canlı görüşlər təşkil edir. Növbəti görüş 31 mart 2024-cü il tarixində Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində təşkil edilib.

Görüşün məqsədi metodik xidmətin təşkili istiqamətdində həyata keçirilən fəaliyyətlər, qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi olub. Bundan əlavə görüşdə metodiki və pedaqoji işin məzmunu ilə bağlı metodistlərə tövsiyələr verilib. Proses müzakirə şəklində aparılıb, metodistlər tərəfindən ünvanlanan müxtəlif suallar cavablandırılıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayından başlayaraq məktəbdaxili metodik xidmət göstərilən 45 ümumi təhsil müəssisəsində metodistlərin fəaliyyətlərinin monitorinqinə başlanılması nəzərdə tutulub.