“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsi keçiriləcək!

Tarix: 05.04.2024
Paylaş:


ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə təşkil olunan “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsi 17-19 aprel 2024-cü il tarixlərində Bakı Ali Neft Məktəbində təşkil olunacaq.

Ümumtəhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdlərinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işləri ekspertlər tərəfindən qiymətləndirilib və sərgidə iştirak edəcək layihələr müəyyən edilib.

Qeyd edək ki, final mərhələyə dəvət alan şagirdlərin elektron poçt ünvanlarına və təhsil aldıqları ümumtəhsil müəssisələrinə ətraflı məlumat göndəriləcək.

Layihələri seçilmiş finalçıları təbrik edir və uğurlar diləyirik!