Elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, dünyanın nüfuzlu universitetlərinə qəbul olunan gənclərlə görüşüb

Tarix: 08.04.2024
Paylaş:

Emin Əmrullayev dünyanın nüfuzlu universitetlərinə qəbul olunan olimpiada qalibləri ilə görüşüb
Aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, dünyanın nüfuzlu universitetlərinə qəbul olunan gənclərlə görüşüb.

Nazir onları qazandıqları uğurlara görə təbrik edərək gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb.

Sonra nazir gənclərə öz tövsiyələrini verib, onlarla səmimi söhbət aparıb və suallarını cavablandırıb.

Görüşün sonunda hədiyyələr təqdim edilib.