Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib

Tarix: 08.04.2024
Paylaş:

7 aprel 2024-cü il tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 107 mərkəzdə keçirilən müsabiqənin nəticələrini 17 aprel tarixindən etibarən kenquru24.az saytı vasitəsilə şəxsi kabinetinizdən əldə edə bilərsiniz.

Uzun illərdir ki ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlama imkan yaradılır. Müsabiqə şagirdlərin problem həll etmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.