“Mətn üzrə tapşırıq modellərinin izahı” mövzusunda vebinar baş tutacaq

Tarix: 15.04.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 17 aprel tarixində saat 16:00-da “Mətn üzrə tapşırıq modellərinin izahı” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində Məktəb Lisey Kompleksinin müəllimi, “Müəllimin yaradıcı işi” müsabiqəsinin qalibi, təhsil eksperti Həbibə Sarıbəyli çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.