Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO 2024) keçirilib

Tarix: 16.04.2024
Paylaş:

11-16 aprel 2024-cü il tarixlərində Gürcüstanın Tsxaltubo şəhərində Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO 2024) keçirilib.

Məktəblilərimiz bu olimpiadada uğurla çıxış edərək 1 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, nəticələrə əsasən Türkiyə Dəyanət Vəqfi – Bakı Türk liseyinin 11-ci sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin 9-cu sinif şagirdi Zəhra İbişova və Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova “Həvəsləndirici Mükafat”- a layiq görülüblər.

Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!