58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasına hazırlaşan şagirdlər üçün laboratoriya dərsləri keçirilib

Tarix: 19.04.2024
Paylaş:

 

58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasına hazırlaşan şagirdlər üçün UFAZ-da laboratoriya dərsləri keçirilib.

20-26 aprel 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Şençjen şəhərində keçirilməsi nəzərdə tutulan 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi 5 nəfər şagird təmsil edəcək.  

Praktiki biliklərin daha dərindən mənimsənilməsi üçün 17-18 aprel 2024-cü il tarixlərində UFAZ-da laboratoriya dərsləri təşkil olunub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.Bütün şagirdlərə uğurlar arzu edirik!