“Rus dili (xarici dil) fənni üzrə MİQ və sertifikasiya sual nümunələrinin izahı” mövzusunda vebinar baş tutacaq

Tarix: 20.04.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 23 aprel tarixində saat 16:00-da “Rus dili (xarici dil) fənni üzrə MİQ və sertifikasiya sual nümunələrinin izahı” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində Nizami rayonu N. Həmzəyev adına 238 nömrəli məktəbin rus dili müəllimi, rus dili (xarici dil) dərsliklərinin müəllifi (3, 4, 5, 6, 7, 8-ci siniflərin) Dilbər Məmmədova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.