Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər

Tarix: 22.04.2024
Paylaş:

16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib.

Məktəblilərimiz sözügedən turnirdə Azərbaycan Texniki Universitetinin laboratoriyalarından onlayn formada qoşulub. Şagirdlərimiz həmin yarışda uğurla çıxış edərək 5 gümüş və 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.