Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi ilə bağlı növbəti görüş keçirilib.
18 apreldə Xətai rayonu 265 saylı tam orta məktəbdə riyaziyyat fənnini tədris edən müəllimlər üçün seminar təşkil olunub. Seminarda məktəbin riyaziyyat müəllimi Ələkbərova Nailə 4-cü sinif “Riyaziyyat” dərsliyində olan “Pullarla hesablamalar” mövzusunda icmal təqdim edib.
Seminarda dərsin məzmununa uyğun alt standartlardan təlim nəticələrinin çıxarılması, dərsin planlaşdırılması, təlimin məqsədi və qiymətləndirmənin uyğunluğu, təlim strategiyaları (texnika və üsullar), interaktiv dərsin mərhələləri, metodik vəsait və dərsliklərlə işin təşkili, tapşırıqların dərsin məqsədinə uyğun hazırlanması məsələləri müzakirə olunub.
Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ MDPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.