22-23 aprel tarixlərində Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçmə imtahanı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunub.
Seçmə imtahanına tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən və əvvəlki illərdə respublika üzrə qalib olan şagirdlər dəvət alıblar. İki gün davam edən seçmə imtahanında şagirdlər hər gün üç açıq tipli sualı 4.5 saat ərzində cavablandırıblar. Yekunda isə ölkəmizi təmsil edəcək komanda üzvləri bəlli olacaq.
Qeyd edək ki, Beynəlxalq Riyaziyyat Olimpiadası hər il bir ölkədə keçirilir. Builki olimpiada Böyük Britaniyanın Bat şəhərində baş tutacaq. Eləcə də beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları Təhsil İnstitutunun müvafiq şöbəsi tərəfindən aparılır.