58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (IMChO) məktəblilərimiz uğur qazanıb

Tarix: 26.04.2024
Paylaş:

 

20-26 aprel 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib.

Milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb.

Belə ki, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 nəfər şagird bürünc medal qazanıb.

Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir.

Şagirdlərimizə olimpiadada uğurlar arzu edirik!