ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında ikili diplom proqramı çərçivəsində keyfiyyət tədqiqatı ilə bağlı Təhsil İnstitutunun əməkdaşları üçün təlimlər keçirilib

Tarix: 26.04.2024
Paylaş:

24-25 aprel tarixlərində ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında ikili diplom proqramı çərçivəsində keyfiyyət tədqiqatı ilə bağlı Təhsil İnstitutunun əməkdaşları üçün təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi keyfiyyət tədqiqatı və data analitikası sahəsində ilkin biliklərə yiyələnməkdir. İlkin təlimlərdə tədqiqatın məqsədi, tədqiqat sualının formalaşdırılması, müvafiq tədqiqat metodologiyasının seçilməsi, məlumatların toplanması vasitələri ilə bağlı müzakirələr aparılıb.

Təlimlərdə ümumilikdə 22 nəfər iştirak edir.

Təlimlərdə ABŞ-nin Corc Vaşinqton Universitetinin professorları və CVU ilə ADPU arasında ikili diplom proqramının direktorları Colin Green və Sevinc Məmmədova təlimçi kimi çıxış edib.

Qeyd edək ki, təlimlər yay aylarında yenidən keçiriləcək.